Yevlaxda kran-drezinlə toqquşan minik avtomobilinin sürücüsü bir həftə sonra ölüb. Hadisə avqustun 12-də Yevlax-Bərdə dəmiryolu xəttinin 22-ci kilometrliyində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Fərman Süleyman oğlu Quliyev idarə etdiyi “Mecane” markalı avtomobillə dəmiryolu xəttinin üzərində kran-drezinlə toqquşub.
Sürücü Bərdə Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, F.Quliyev avqustun 19-da vəfat edib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Mətləb