AZ

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər - VİDEO

2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır.

Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 min 138 nəfər olub.

Bundan başqa, 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək isə ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. 2024-cü ilin yanvar-iyul aylarında isə 438 min 66 nəfər Rusiya, 20 min 189 nəfər Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. (report)

“Cebheinfo.az”  

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr