AZ

Bölgələrə gedən avtobus acınacaqlı vəziyyətdə Sərinişinlərdən ETİRAZ

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bölgələrə sərnişindaşıma üzrə hərəkət edən nəqliyyat vasitələri ilə bağlı şikayətlər var. Bakıdan Qusara gedən sərnişinlər oturacaqların yararsız vəziyyətdə olduğunu görüblər. Onların sözlərinə görə, bu oturacaqlarda oturanda marşrut əyləci sıxdığı an təhlükəli vəziyyət yaranır. 

Lent.az xəbər verir ki, bu barədə onlar sosial şəbəkələrdə problemlərini dilə gətiriblər. 

Sərnişinlərin sözlərinə görə, onlar bileti onlayn qaydada aldıqları üçün oturacaqların vəziyyətindən xəbərsiz olublar. Vəziyyətlə tanış olduqda isə artıq gec olub. Hətta iddialara görə, həmin oturacaqlar sonradan avtobusun salonuna əlavə olunub. Bu isə sərnişindaşıma qaydalarına tamamilə ziddir. 

Bəs belə halda nəyə görə sərnişindaşıma tələblərinə cavab verməyən oturacaqlara biletlər satılır? Avtobusların vəziyyəti ilə bağlı hansısa addımlar atılıb?

Lent.az-ın sözügedən məsələ ilə bağlı sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, daşıyıcı tərəfindən nöqsan aradan qaldırılıb:

"Sözügedən məsələ ilə bağlı AYNA tərəfindən araşdırma aparılıb. Avtobusun salonuna əlavə oturacağın yerləşdirilməsi ilə bağlı iddia əsassızdır. Nəqliyyat vasitəsində oturacaqların sayına hər hansı bir müdaxilə olunmayıb. Daşıyıcıya sərnişindaşıma qaydalarına riayət etmək və avtobusun salonunda mövcud çatışmazlığı aradan qaldırmaqla bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Artıq daşıyıcı tərəfindən nöqsan aradan qaldırılıb". 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
lent.az

1Mənbələr