AZ

İsraildən böyük əməliyyat: “Gideonun arabaları 2” Səfərbərlik başlayır

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət telekanalı məlumat yayıb.

Nazir bu əməliyyatı “Gideonun arabaları 2” adlandırıb.

“Bundan sonra Qəzza şəhəri öz görkəmini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, – deyə Katz bildirib.

Məlumatda həmçinin vurğulanır ki, yaxın günlərdə İsrail Müdafiə Qüvvələrinin ehtiyat hissələrinin səfərbər olunması ilə bağlı elan veriləcək.

Xatırladaq ki, HƏMAS nümayəndələri öz şərtlərini misirli vasitəçilərə çatdırıblar. Belə ki, şərtə əsasən, İsrail öz hərbçilərini razılaşdırılmış mövqelərə geri çəkməyə hazır olarsa, HƏMAS hərəkatı da döyüşçülərini Qəzzadan çıxarmağa razı olacaq.

İsrail isə bütün girovların eyni vaxtda azad edilməsi və radikal hərəkatın tamamilə tərksilah olunması şərti ilə Qəzza zolağında nizamlama üzrə saziş bağlamağa hazır olduğunu açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
globalinfo.az

1Mənbələr