AZ

Nazir müavini: Vençur fondları vasitəsilə 15 mln. dollardan çox kapital formalaşdırılıb

Azərbaycanda vençur kapital mexanizmlərinin inkişafı mühüm mərhələyə qədəm qoyub.

Bunu İnnostart layihəsinin yekun tədbirində rəəqmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

    O qeyd edib ki, son illərdə yaradılmış müxtəlif fondlar vasitəsilə ümumilikdə 15 milyon ABŞ dollarından çox kapital formalaşdırılıb və bu fondlar artıq 2,2 milyon ABŞ dollarından çox sərmayəni regionda fəaliyyət göstərən startaplara yönəldiblər:

    “Bununla yanaşı, ötən ilin oktyabr ayında Bakıda Abşeron Vadisi İnnovasiya Klasteri çərçivəsində Azərbaycan İnnovasiya Mərkəzinin rəsmi açılışı baş tutub. Bu, Azərbaycanın innovasiya ekosistemi üçün olduqca əlamətdar bir hadisə olub.
    İnnovasiya təbii ki, sadəcə paytaxt Bakı ilə məhdudlaşmır, regionlarda da innovasiya fəaliyyəti geniş vüsət alır. Sevindirici haldır ki, bu gün Azərbaycanda və Qafqazda tarixən mühüm sənaye şəhəri kimi özünü təsdiq etmiş Sumqayıtda da innovasiya mərkəzi mövcuddur”.

    S.Məmmədov vurğulayıb ki, Sumqayıt İnnovasiya Mərkəzi ölkə üzrə formalaşmaqda olan innovasiya şəbəkəsinin keyfiyyət baxımından növbəti mərhələsidir:

    “Belə ki, cari ilin sonudadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması, həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirmə laboratoriyasının təsis edilməsi nəzərdə tutulub. Məqsəd, daha öncə qeyd etdiyim kimi, nəinki Bakıda, eləcə də regionlarda startap ekosisteminin güclənməsini infrastruktur, maliyyə, insan kapitalı və texnoloji icma quruculuğu istiqamətlərində dəstəkləməkdir”.

    Nazir müavini qeyd edib ki, regionlarda innovasiya fəaliyyətinin genişlənməsi gənclər arasında innovativ sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə və bunun da növbəsində hər regionun spesifikasından asılı olaraq sosial-iqtisadi artımına səbəb olur:

    “Bölgələrdə reallaşdırılan İnnostart, “4ü1arada” (dördü bir arada)və elektron ticarətin inkişafına yönəlmiş “ecomX” kimi digərlayihələrin təməl məqsədi məhz budur.
    “ecomX” layihəsində Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və ətraf ərazilərdən 500-dən çox vətəndaş iştirak edib. Layihə çərçivəsində elektron ticarət haqqında maariflənmə proqramı və inkubasiya proqramı keçirilib, 15 yeni e-ticarət platformasının formalaşdırılmasına nail olunub. Proqramın yekununda həyata keçirilmiş “Demo Day” tədbirində 30 000 AZN dəyərində pul mükafatı layihələrin inkişaf etdirilməsi üçün komandalara təqdim edilib.

    “”4ü1arada” layihəsi çərçivəsində həyata keçirilən təlim və mentorluq proqramında 32 startap layihəsinin formalaşmasına nail olunmuşdur ki, həmin startapların inkişafı Qubada və İsmayıllıda təşkil edilmiş bootcamp-larda dəstəklənib”, - deyə nazir müavini əlavə edib.

    Seçilən
    64
    4
    banco.az

    5Mənbələr