AZ

Bakıda arvadını döyən şəxs bir il müddətə islah işlərinə məhkum edilib

Bakı. Trend:

Sosial şəbəkələrdə başqa qadının şəkillərini bəyənən şəxs bundannarazılığını ifadə edən arvadını döyüb.

Trend-inməlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, təqsirləndirilən şəxs işdən gəldikdən sonra qeyri-rəsmişəkildə aralarında ər arvad münasibəti olan zərərçəkmişin qanı qaraolduğunu görüb. Ondan səbəbini soruşduqda öncə cavab verməyib,yenidən nə olduğunu soruşduqdan sonra zərərçəkmiş bu barədə digərotaqda danışmağı bildirib.

Otağa keçdikdən sonra zərərçəkmiş ona sosial şəbəkədə digərqadınların şəkillərini bəyəndiyini bildirib. O da cavabında köhnəşəkillər olduğunu deyib. Zərərçəkmiş şəxs bu cür hərəkətləri qəbuledə bilməyəcəyini bildirərək, ona şillə vurub. Bundan sonratəqsirləndirilən şəxs də şillə ilə zərərçəkmişi vurub.

Bundan sonra zərərçəkmiş anasına zəng edərək bildirib ki, polisəzəng etsin və gəlib onu aparsın.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsCinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətəməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlətnəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkumedilib.

Seçilən
13
az.trend.az

1Mənbələr