AZ

İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb, 76 nəfər ölüb

İrandan

İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəza törədib.

APA "BBC“-yə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb.

3 nəfər ağır xəsarət alıb.

Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabul şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşaraq qəzaya düşüb.

BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.

Seçilən
35
6
xalqcebhesi.az

10Mənbələr