AZ

Kran-drezinlə maşın toqquşdu: ölən var

Yevlaxda kran-drezinlə toqquşan minik avtomobilinin sürücüsü bir həftə sonra ölüb.

KONKRET.az xəbər verir ki, hadisə avqustun 12-də Yevlax-Bərdə dəmiryolu xəttinin 22-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Fərman Süleyman oğlu Quliyev idarə etdiyi “Mecane” markalı avtomobillə dəmiryolu xəttinin üzərində kran-drezinlə toqquşub.

Sürücü Bərdə Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, F.Quliyev avqustun 19-da vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Seçilən
23
5
konkret.az

10Mənbələr