Pakistanda baş verən daşqınlarda daha 21 nəfər həyatını itirib.
Bu barədə ölkənin təbii fəlakət agentliyi məlumat yayıb.
Ölüm hallarının 10-u Karaçi bölgəsində, 11-i isə Gilgit-Baltistanda qeydə alınıv.
Pakistanda iyun ayından bəri davam edən daşqınlarda həyatını itirənlərin ümumi sayı 750-yə yaxınlaşıb.