Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonunda yerləşən qapı-pəncərə istehsalı sexlərində yoxlama keçirilib.
keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.