AZ

Abşeronda yanğın törədən şəxs müəyyən edilib

Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

    Hadisə nəticəsində quru ot və kol-kos yanıb.

    Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

    Seçilən
    17
    10
    bakivaxti.az

    10Mənbələr