Rusiyada miqrantlar əleyhinə dha bir təklif ortaya çıxıb. Belə ki, Rusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub. Deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilovunmüəllifi olduqları bu sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.
Onlar yetkinlik yaşına çatmayan xarici vətəndaşların Rusiyaya yalnız qanuni nümayəndələrin və ya notarial qaydada təsdiq edilmiş etibarnaməsi olan digər yetkin şəxslərin müşayiəti ilə daxil olub vı ya getməsinə icazə verilməsini təklif ediblər. Eyni zamanda, Rusiyaya giriş yalnız təhsil, müalicə və müvəqqəti qalma, məsələn, idman yarışlarında, olimpiadalarda və turist səfərlərində iştirak etmək üçün mümkün olacaq.
Mətləb Salahov