AZ

Naxçıvanda xəttə 20 ədəd tam elektrikli avtobus buraxılacaq

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi 20 ədəd tam elektrikli avtobus almağı planlaşdırır.

525.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, agentlik bununla bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 16-na qədər quruma təqdim edə bilərlər. Təkliflərə sentyabrın 19-da, saat 20:00-da agentlikdə baxılacaq.

Satınalmanın ehtimal olunan qiyməti 4,496 milyon manatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
3
525.az

4Mənbələr