AZ

“Hər şeyi dayandırmaq!”

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fransada sentyabrın 10-na ümummilli tətil çağırışı edilib

Fransada siyasi partiyalar və həmkarlar ittifaqlarından kənar vətəndaş təşəbbüsləri tərəfindən irəli sürülən “Hər şeyi dayandırmaq!” çağırışı ölkə üzrə sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Bu təşəbbüsün məqsədi sentyabrın 10-dan etibarən ölkənin tam iflic vəziyyətə salınmasıdır.

AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə yayılan mesajlarda təşəbbüskarlar insanları boykot, itaətsizlik və həmrəylik vasitəsilə ölkədə bütün sahələrdə işlərin dayandırılmasına - tətil etməyə çağırırlar.

“2025-ci il sentyabrın 10-dan başlayaraq tam və limitsiz tətilə gedirik... Artıq ödəmirik, istehlak etmirik, işləmirik... Bizim yeganə gücümüz TAM BOYKOT-dur”, - deyə sosial şəbəkələrdə edilən paylaşımlarda deyilir.

Tələblər arasında vətəndaş təşəbbüsü ilə referendum (RIC), daha yüksək pensiyalar, ümumi müqavimət və ya tətil kimi tələblər var. Hərəkat may ayında başlayıb, lakin iyulda hökumətin büdcə açıqlamalarından sonra daha geniş dəstək qazanıb.

Bu təşəbbüsün siyasi baxımda neytral olduğu iddia edilsə də, onu keçmiş “sarı jiletlilər”, tələbələr, qeyri-sabit işçilər, tibb işçiləri və digər sosial qruplar dəstəkləyirlər.

Eyni zamanda, bəzi həmkarlar ittifaqları da prosesə qoşulur. Ümumi Əmək Konfederasiyası (CGT) (kimya, ticarət və enerji sektorları) və “Force Ouvriere1” sentyabrdan tətil xəbərdarlığı elan edib və sentyabrın 10-u üçün konkret aksiyalar planlaşdırılır. “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melenşon hərəkatın müstəqilliyini vurğulasa da, ona dəstəyini ifadə edib.

Sosial analitiklər bunu “Sarı jiletlilər” hərəkatından sonra davam edən sosial narazılığın təzahürü kimi dəyərləndirirlər.

Bu yeni çağırış Fransada sosial gərginliyin artdığı bir vaxtda baş verir və qarşıdan gələn büdcə səsverməsi ərəfəsində siyasi atmosferi daha da gərginləşdirir. Bu təşəbbüs gələcəkdə daha böyük etirazlara zəmin yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
yeniazerbaycan.com

2Mənbələr