AZ

Mask yeni siyasi partiya yaratmaq fikrindən daşınıb

İlon Mask biznesə diqqəti cəmləmək və Respublikaçılar Partiyasının səslərini zəiflətməmək üçün yeni siyasi partiyanın yaradılmasını təxirə salıb.

Demokrat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Maskın qərarında əsas amillərdən biri onun MAGA (Amerikanı yenidən möhtəşəm etmək) siyasi hərəkatının potensial varisi hesab edilən vitse-prezident Jeyms Venslə yaxşı münasibətlər saxlamaq istəyidir.

Mask etiraf edir ki, üçüncü tərəf yaratmaq onun vitse-prezidentlə münasibətlərinə xələl gətirəcək.

Mənbələr bildirirlər ki, Mask 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gələrsə, Vensi dəstəkləmək üçün maliyyə imkanlarından istifadə etməyi düşünür.

Seçilən
57
11
demokrat.az

10Mənbələr