AZ

İranda İsrailin atdığı partlamamış hərbi sursat partlayıb

İsrailin iyun ayında Lorestan əyalətinə hücumları zamanı partlamamış hərbi sursatın partlaması nəticəsində 1 uşaq ölüb, 9 nəfər yaralanıb.

Bu haqda İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, iyun ayında atılan və partlamamış hərbi sursat Beyranşəhr rayonunun kəndlərindən birində partlayıb.

Partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanların hamısının uşaq və yeniyetmə olduğu bildirilir.

Seçilən
6
4
veteninfo.az

5Mənbələr