AZ

İstilər 2600-dən çox insanın həyatına SON QOYUB

Yazını böyüt
Yazını kiçilt

Mayın 15-dən avqustun 18-dək İspaniyada yüksək temperaturla bağlı 2635 vaxtından əvvəl ölüm halı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

Hafta.az xəbər verir ki, bu barədə larazon.es III Karlos İnstitutunun Ölümün Gündəlik Monitorinq Sisteminə (MoMo) istinadən məlumat yayıb. İnstitutun məlumatına görə, ölüm hallarının demək olar ki, yarısı - 1149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib. Kanar adalarında yayda 51 ölüm hadisəsi qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı iyulda olub.

İstilikdən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Sistemə əsasən, cinslərə görə ölənlərdən 1579 nəfər qadın, 1056 nəfər kişi olub.

Seçilən
12
hafta.az

1Mənbələr