Aktual.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Feysbukda yazıb.
"Təsdiq olundu ki, üçüncü dünya müharibəsi təhlükəsi ancaq Trampla Putinin görüşü ilə azaldı”, - o qeyd edib.
Orban həmçinin qeyd edib ki, AB liderləri bu onlayn sammitdə Rusiyanı təcrid strategiyasının uğursuz olacağı qənaətinə gəliblər:
"Eyni zamanda anlaşıldı ki, Rusiya-Ukrayna münaqişəsi cəbhədə deyil, yalnız diplomatiya yolu ilə həll oluna bilər. Ukraynanın Avropa İttifaqına üzvlüyünün ona heç bir təhlükəsizlik zəmanəti verməyəcəyi də təsdiqlənib”.