AZ

Modi və Van İ Hindistan-Çin əməkdaşlığını müzakirə edib...

Tərəflər sərhəd əməkdaşlığı və qarşıdakı yüksək səviyyəli təmaslar barədə razılığa gəliblər

Poliqon xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə Çinin xarici işlər naziri Van İ arasında görüş keçirilib. Van İ üçgünlük işgüzar səfər çərçivəsində Hindistanda səfərdədir. Tərəflər sərhəd əməkdaşlığı və Narendra Modinin Çinə planlaşdırılan səfərini müzakirə ediblər. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Narendra Modi bildirib ki, Hindistan və Çin rəqib deyil, tərəfdaşdırlar: “Hər iki ölkə sürətli inkişaf məqsədinə nail olmaq kimi ortaq vəzifə ilə üz-üzədir və bu istiqamətdə mübadilələri artırmalı, qarşılıqlı anlaşmanı dərinləşdirməli və əməkdaşlığı genişləndirməlidirlər”. Onun sözlərinə görə, hər iki dövlət sərhəd məsələlərini düzgün şəkildə idarə etməli və onları mübahisəyə çevrilmədən həll etməlidir.

Modi, həmçinin Çinə gözlənilən səfərini səbirsizliklə gözlədiyini, orada 31 avqust – 1 sentyabr tarixlərində Tyançzin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəyini bildirib.

Çin XİN rəhbəri Van İ isə Hindistana səfərini iki ölkə arasında yüksək səviyyəli təmaslara hazırlıq kimi qiymətləndirib. O, sərhəd məsələlərində yeni konsensus əldə olunduğunu, həssas məqamlara düzgün yanaşma və müəyyən ərazilərin demarkasiyası ilə bağlı danışıqların başlanması barədə razılığa gəldiklərini açıqlayıb.

Bundan əvvəl Van İ ilə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar arasında görüş keçirilib. Tərəflər sərhəd bölgələrində sülhün və sabitliyin qorunması ilə bağlı “bütün səviyyələrdə” dialoqun bərpası barədə razılığa gəliblər.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr