AZ

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı və Nərimanov rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir işləri ilə əlaqədar 20.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin, Nərimanov rayonu üzrə isə Mayak, A.Heydərov, A.Çernyayevski, P.İ.Çaykovski, İ.Hidayətzadə, M.Nağıyev küçələrinin və H.Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
21
25
sia.az

10Mənbələr