“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, misirli ulduz bu mükafatı üçüncü dəfə qazanaraq yeni rekord müəyyən edib.
Keçən mövsümdə Salah Premyer Liqada 38 oyuna çıxıb, 29 qol vurub və 18 məhsuldar ötürmə edib. O, həm liqanın ən yaxşı bombardiri, həm də ən yaxşı asistenti olub. Bundan əvvəl PFA 33 yaşlı hücumçunu keçən mövsümün rəmzi komandasına daxil etmişdi.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Onun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar qiyməti 50 milyon avrodur.