AZ

İranda İsrailin atdığı partlamamış hərbi sursat partladı - azyaşlı öldü

İsrailin iyun ayında Lorestan əyalətinə hücumları zamanı partlamamış hərbi sursatın partlaması nəticəsində 1 uşaq ölüb, 9 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə iyun ayında atılan və partlamamış hərbi sursat Beyranşəhr rayonunun kəndlərindən birində partlayıb.

Partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanların hamısının uşaq və yeniyetmə olduğu bildirilir./APA

Milli.Az

Seçilən
26
3
milli.az

4Mənbələr