AZ

Putinlə Zelenski nə vaxt görüşəcək?

Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Ukrayna lideri Volodimir Zelenski ilə təkbətək görüş keçirəcəyini vəd edib.

Bu haqda Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

Belə ki, müxbirin “Putin yaxın həftələrdə Zelenski ilə birbaşa görüş keçirəcəyinə söz veribmi?” sualına Levitt “Bəli” cavabını verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Putin və Zelenski arasında görüş üçün hazırlıqlara başladığını açıqlamışdı. O, bu danışıqların Ukrayna münaqişəsinə son qoyacağına ümid etdiyini bildirib.

"Cebheinfo.az" 

Seçilən
12
2
cebheinfo.az

3Mənbələr