AZ

Dorgeles Nene 18 milyon avroya “Fənərbağça”da!

Mali millisinin və Avstriyanın “Zalsburq” klubunun sağ vingeri Dorgeles Nene bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi bu transfer üçün “Zalsburq”a 18 milyon avro ödəyib. 22 yaşlı vingerlə 5 illik (2030-cu ilin 30 iyununadək) sözləşmə imzalanıb.

Dorgeles Nene “Quidars”ın yetirməsidir. 2021-ci ildən “Zalsburq”da çıxış etməyə başlamış futbolçu bu klubda olarkən “Liferinq”, “Rid” və “Vesterlo”da icarədə də çıxış edib. Nene Avstriya nəhənginin heyətində 88 oyun keçirib, 22 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Nene 2022-ci ildən Mali yığmasına cəlb olunur. O, millidə 23 oyuna 7 qol vurub, 2 assist edib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
94
arena.az

1Mənbələr