AZ

Mark Kasado İngiltərə Premyer Liqasında oynaya bilər

“Barselona”nın mərkəz yarımmüdafiəçisi Mark Kasado karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, “Vest Hem” və “Vulverhempton” klubları  21 yaşlı futbolçunun xidmətində maraqlıdılar.

İngiltərə klublarının artıq futbolçunun transferi üçün kataloniyalılara təklif göndəriblər.

“Barselona” rəhbərliyi Kasadonun transferinə 30 milyon avro qarşılığında razıdır, lakin futbolçu hələlik komandada qalmaq niyyətindədir.

Ötən mövsümdə Kasado 36 oyunda iştirak edərək bir qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
78
90deqiqe.az

1Mənbələr