AZ

Futbolçu rus dilində danışdığı üçün cəzalandırıldı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın qadınlar arasında keçirilən çempionatında maraqlı hadisə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçulardan biri fikrini rus dilində ifadə etdiyi üçün hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

Hadisə srağagün "Sisters" - "Kolos" matçının 42-ci dəqiqəsində baş verib. "Sisters"in futbolçusu İrina Mayborodina rus dilində qışqırdığı üçün hakim Anastasiya Romanyuk ona sarı vərəqə göstərib. "Burada rus dilində danışmırlar" - deyə, Romanyuk daha sonra etiraz edən "Sisters"in baş məşqçisinə bildirib.

Qeyd edək ki, oyun cəzalandırılan futbolçunun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
525.az

1Mənbələr