Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Qusarda peşəkar inkişaf proqramına start verilib.
İdman.biz xəbər verir ki, şimal və cənub bölgələrindən 35 məşqçinin qatıldığı proqram çərçivəsində nəzəri və praktiki seminarlar keçirilir.
“Te-waza” – əl texnikalarına həsr olunmuş praktiki sessiyada klassik və yarış üslublarında icra nümunələri nümayiş etdirilib. Məşğələləri Azərbaycan Cüdo Federasiyasının təcrübəli təlimatçıları – Orxan Səfərov, Samir İsmayılov, Asiman Allahverdiyev, İsmayıl Rzayev və İbrahim Aslanov aparırlar.
Qeyd edək ki, 6 gün davam edəcək peşəkar inkişaf proqramı daha əvvəl Goranboy və Şəkidə həyata keçirilib.
İdman.biz