AZ

Qətər Netanyahunun  adamlarını pulla ələ alıb – ŞOK FAKTLAR 

Ulusal.az xəbər verir ki, İsrailin nüfuzlu “Haaretz” qəzeti “Qatargate” qalmaqalı ilə bağlı yeni araşdırma dərc edib. Məlumata görə, 2022–2024-cü illərdə Qətər baş nazir Benyamin Netanyahuya yaxın media məsləhətçilərinə və keçmiş kəşfiyyatçılara təxminən 10 milyon dollar vəsait köçürüb.

Pullar “Project Lighthouse” adlı xüsusi PR kampaniyası vasitəsilə yönləndirilib. Kampaniyanın məqsədi Qətəri beynəlxalq aləmdə “sülh gücü” kimi təqdim etmək olub. İsrail mediası yazır ki, vəsait əsasən Netanyahunun yaxın adamlarına – Likud strateqi İsrail Eynhorn, onun müttəfiqi Yonatan Uriç və mətbuat katibi Eli Feldstein-ə çatıb.

İsrail müxalifətinin iddiasına görə, hər bir nəşr üçün 15–20 min dollar ödənilib və bu pullar Qətərin reklamı üçün deyil, baş nazirin ətrafındakıların susqunluğunu təmin etmək üçün xərclənib.

Məsələ İsraildə ciddi siyasi qalmaqala səbəb olub. Müxalifət Netanyahunu “milli maraqların satılmasına göz yummaqda” ittiham edir. ABŞ-da isə demokratlar sual edirlər: əgər Qətər bu qədər asanlıqla Netanyahuya yaxın çevrəyə nüfuz edibsə, bənzər kanallardan Amerika siyasətinə təsir göstərməyə də cəhd etməyibmi?

Ekspertlərin fikrincə, “Qatargate” təkcə korrupsiya qalmaqalı deyil, həm də İsrail siyasi sisteminin xarici təsirlərə qarşı zəifliyini üzə çıxarıb. Qətərin milyonlarla dollarlıq kampaniyası nəticəsiz qalsa da, qalmaqal hökumətə inamı ciddi şəkildə sarsıdıb və Netanyahunu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə zəiflədib.haqqin.az

Seçilən
91
moderator.az

1Mənbələr