AZ

Türkiyə futbolundakı transferlər haqqında fikir mübadiləsi aparılıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.

Bu dəfə podkastın qonağı idman jurnalisti Elçin Cəfərov olub.

Buraxılışda Türkiyə futbolundakı transferlər haqqında fikir mübadiləsi aparılıb.

Elçin Cəfərov Kərəm Aktürkoğlunun "Fənərbağça"ya keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Fənərbağça" futbolçuya 25 milyon avroluq təklif göndərmişdi, 5 milyon avroya yaxın da illik məvacib nəzərdə tutulmuşdu. Məncə, futbolçunun bu təklifi qəbul etməsini normal hesab etmək olar. Amma "Benfika" klubundan xahiş olunmuşdu ki, Kərəm Aktürkoğlunu "Nitsa" ilə cavab matçında oynatmasınlar. Lakin "Benfika" matçın 87-ci dəqiqəsində futbolçunu oyuna daxil etdi. Buna görə "Fənərbağça" qisas almaq adına məbləği 18 milyona endirdi. Düşünürəm ki, "Benfika"-"Fənərbağça" matçından sonra oyunçunun transferi gerçəkləşəcək", - deyə o bildirib.

Ətraflı süjetdə:

Türkiyə futbolundakı transferlər haqqında fikir mübadiləsi aparılıb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
oxu.az

2Mənbələr