Ukrayna mövzusunda Baş Qərargah rəislərinin görüşü 20 avqustda keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Görüş videokonfrans formatında təşkil olunacaq.
Əvvəlcə Reuters xəbər agentliyi mənbələrinə istinadən bildirirdi ki, NATO-nun müdafiə nazirləri çərşənbə günü Ukrayna üzrə telekonfrans keçirməyi planlaşdırır. Görüşün əsas mövzusu döyüş əməliyyatlarının başa çatmasından sonra NATO qoşunlarının Ukraynaya göndərilməsi olacaq.