AZ

İsrail, Suriya və ABŞ Fransada druzların təhlükəsizliyini MÜZAKİRƏ EDƏCƏK

İsrail, Suriya və ABŞ Fransada druzlar üçün sərhəd təhlükəsizliyi və humanitar dəhlizi müzakirə edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Bu gün Parisdə İsrailin strateji işlər naziri Dermer, Suriyanın xarici işlər naziri əl-Şibani və ABŞ-ın xüsusi nümayəndəsi Barak arasında üçtərəfli görüş keçiriləcək.

Qeyd olunur ki, danışıqlar Vaşinqtonun himayəsi altında keçirilir və İsrail-Suriya sərhədində təhlükəsizlik tədbirləri, eləcə də Suriyanın Əs-Suveyda əyalətində druz icması üçün mümkün humanitar dəhliz yaradılmasına həsr olunub.

Bu, İsrail və Suriya nümayəndələri arasında son bir ayda – 25 ildən çox birbaşa dialoqun demək olar ki, tam olmamasından sonra ikinci görüşdür.

Mənbələrin bildirdiyinə görə, danışıqlar ötən həftə təxirə salınıb və bu günə təyin edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
133
interpress.az

1Mənbələr