Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər.
"Report" xəbər verir ki, Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0.
Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. İsveçli Karin Samuelssonla qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8.
Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.