Rusiya kubokunda yeni rekord müəyyənləşib. Msport.az xəbər verir ki, 226 sm boya malik Pavel Podkolzin dünya tarixinin ən ucaboy futbolçusu olub.
Vaxtilə NBA-da oynamış Podkolzin “Amkal”ın heyətində “Kaluqa” ilə matçda meydana çıxıb. O, 2004-cü ildə NBA-da “Dallas” klubunun şərəfini qoruyub.
Qeyd edək ki, buna qədər rekord danimarkalı qapıçı Simon Yogensenə məxsus idi – 210 sm.