AZ

Külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkara hökm oxunub

Külli miqdarda mənimsəmədə, dələduzluqda təqsirləndirilən Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fəqani Rəhimova 3 il sınaq müddəti təyin olunmaqla 5 il şərti cəza verilib.

Qeyd edək ki, iş adamı Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
61
6
avtosfer.az

7Mənbələr