AZ

Bunu etsəm, cənnətə gedəcəyəm Tramp

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna münaqişəsinin həllinin onun cənnətə getməsinə kömək edəcəyinə inanır.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Tramp cənnətə getməyə ümid etdiyini, baxmayaraq ki, oradakı yerini təmin etmək üçün çox yaxşı bir iş görmədiyini söyləyib.

“Bu konfliktin bitməsini istəyirəm. Orada Amerika hərbçiləri deyil, rusiyalı və ukraynalı hərbçilər ölür.

Əgər orada hər həftə 7 min insanın öldürülməsini dayandıra bilsəm, bu, əla olardı. Cənnətə düşmə səbəblərimdən biri Ukraynadakı münaqişənin həlli ola bilər”, – deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
globalinfo.az

3Mənbələr