AZ

Azərbaycanda yeddi ayda hava nəqliyyatı yükdaşımaların dəyəri 2 dəfədən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatıvasitələri ilə 4,9 milyard ABŞ dolları dəyərində 9 min ton yükdaşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 2,7 milyard ABŞ dolları və ya 2,2 dəfəçox, həcm ifadəsində isə 62,3 min ton və ya 7,9 dəfə azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan221,2 milyon ABŞ dolları dəyərində 1,6 min ton yük ixrac edilib ki,bu da illik müqayisədə dəyər baxımından 41,8 milyon ABŞ dolları vəya 23,3% çox, həcm ifadəsində isə 62,3 min ton və ya 40,9 dəfəazalma deməkdir.

Eyni zamanda, dövr ərzində hava nəqliyyatı vasitəsiləAzərbaycana 4,7 milyard ABŞ dolları dəyərində 7,4 min ton yük idxaledilib. Bu isə 2024-cü ilin ilk 7 ayındakı göstəriciyə nisbətəndəyər ifadəsində 2,6 milyard ABŞ dolları və ya 2,3 dəfə, həcmbaxımıdan isə 24 ton və ya 0,3% çoxdur.

Seçilən
31
2
az.trend.az

3Mənbələr