“Zelenski siyasətə gəlməməliydi, indi onun hakimiyyətinin ağır nəticələrini Ağ Evdə xəritə üzərində göstərirlər”
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətə gəlişinin nəticələri artıq Qərbdə sözlə deyil, vizual şəkildə nümayiş etdirilir:
“Artıq Qərbdə Zelenski hakimiyyətinin nəticələrindən danışmırlar – indi böyük vərəqlər üzərində çəkirlər və yekunları rəngli qələmlərlə qeyd edirlər.”
Qeyd edəkk ki, ABŞ Prezidentinin köməkçisi Den Skavino, sosial şəbəkədə ABŞ lideri Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın itirdiyi əraziləri göstərən xəritənin qarşısında dayandığı bir fotoşəkil yayımlayıb.
Fotoda liderlərin ciddi baxışlarla xəritəni müzakirə etdiyi görünür. Xəritədə Ukraynanın son illərdə nəzarətdən çıxmış bölgələri aydın şəkildə işarələnib, bu da sosial mediada və analitik dairələrdə geniş rezonans doğurub.
"Cebheinfo.az"