Katsina ştatında məscidə silahla hücum edilib. Hücum nəticəsində 13 nəfərin öldüyü bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Katsina əyalətinin daxili təhlükəsizlik və daxili işlər üzrə komissarı Nasir Muazu verdiyi yazılı açıqlamada silahlı dəstə üzvlərinin ştatın Mantau bölgəsindəki məsciddə səhər namazına gələnlərə atəş açdığını bildirib.
Muazu hücumda 13 nəfərin öldüyünü və çoxlu sayda insanın yaralandığını bildirib.
Muazu qeyd edib ki, əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib və hadisə ilə bağlı araşdırma başlayıb.
Məryəm Quliyeva