Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumu Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.
Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.
“Cebheinfo.az”