AZ

Masallıda Türkoba kənd tam orta məktəbinin binası təhlükə saçır – VİDEO

Masallı rayonu, Səməd Vurğun adına Türkoba kənd tam orta məktəbi acınacaqlı haldadır.

Bakues.az-a daxil olan məlumata görə, məktəb uzun illərdir baxımsızlığa düçar olub.

Yeni tədris ilinin başlamasına az qalsa da, məktəbin qəzalı vəziyyəti hələ də aradan qaldırılmayıb. Məktəbin binası o dərəcədə acınacaqlı haldadır ki, hətta pəncərələrin qırıq şüşələri də uşaqların həyatını risk altına salır.

Müvafiq qurum isə məktəbin bərpası və istifadəyə yararlı hala gəlməsi üçün heç bir addım atmır.

Ətraflı videoörüntüdə:

azz

 

Seçilən
73
icma.az

1Mənbələr