AZ

See Breeze Qarabağ azarkeşlərinə 3 minlik zona ayırdı

Missiya.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş" - "Qarabağ" matçını Bakıda açıq havada və böyük ekranda izləmək mümkün olacaq.

Missiya.Az, qo.az-a istinadən xəbər verir ki, bunun üçün "See Breeze" kurort şəhərciyində təxminən 3 min yerlik xüsusi zona yaradılıb. Bu, "See Breeze" və "Qarabağ" Futbol Klubunun ortaq layihəsi çərçivəsində baş tutub. Artıq oyuna hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir. 

 Onu da,qeyd edək ki, oyunu izləmək üçün giriş pulsuzdur.

Bundan başqa, oyuna "See Breeze"də baxmaq məqsədilə azarkeşlərə xüsusi ödənişsiz avtobuslar da ayrılıb:

"Koroğlu" metrosu - "See Breeze"

Gediş: 19:45 - 21:30

"See Breeze" - "Koroğlu" metrosu

Qayıdış: 00:45 - 02:30

Xatırladaq ki, "Ferensvaroş" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Elcan

Missiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
5
missiya.az

6Mənbələr