Litvanın Bakıdakı diplomatik missiyasının rəhbərinin müavini işə başlayıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu vəzifəni Kristina Baubinayte tutub.
Bu təyinata qədər o, Litvanın Praqa və Dublindəki səfirliklərində çalışıb. K.Baubinyite sosial elmlər doktoru və müasir Litva mühacirəti haqqında kitabın müəllifidir.
"Kristinanı komandamıza qoşulması münasibətilə təbrik edir, maraqlı və uğurlu iş, yeni tanışlıqlar və dolğun layihələr arzulayırıq", - diplomatik missiyanın məlumatında deyilir.