AZ

Nüvə silahlanması mesajı: Sürətləndirəcəyik

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Şimali Koreya lideri Kim Çen In, ABŞ və Cənubi Koreyanın birgə hərbi təliminə etiraz edərək, ölkəsinin nüvə silahlanmasının sürətləndirilməsi çağırışını edib.

"Cebheinfo.az" xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim ölkəsinin “Choe Hyon” adlı 5 min tonluq destroyer gəmisinin silah sistemlərinin sınaqlarını izləyib.

Burada açıqlama verən Kim, “Ulchi Azadlıq Qalxanı” adlı genişmiqyaslı birgə təlimlə ABŞ və Cənubi Koreyanın Şimali Koreyaya qarşı “düşmən münasibətini davam etdirdiyini” iddia edib.

Kim, bu təlim vasitəsilə ABŞ və Cənubi Koreyanın “müharibəyə başlama niyyətini göstərdiyini” irəli sürərək, “təhlükəsizlik səbəbindən ölkəsinin nüvə silahlanmasının sürətləndirilməsinin vacib olduğunu” bildirib.

ABŞ və Cənubi Koreya dünən Şimali Koreyanın təhdidlərinə qarşı birgə müdafiə hazırlığını gücləndirməyi hədəfləyən illik “Ulchi Azadlıq Qalxanı” (UFS) təliminə start verib.

Təlimin 28 avqusta qədər davam etməsi gözlənilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr