Xalq artisti Mehriban Zəki Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilərlə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, aktrisa həmin turistlərə ən ağır cəzanın verilməsini tələb edib.
"3 ay? Onları elə Şəhidlər xiyabanının yanında dirəyə bağlamaq lazımdır ki, gələn-gedən üzlərinə tüpürsün", - deyə o, paylaşımında yazıb.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.