AZ

Ermənistan və İran sərhəddə ikinci körpünün tikilməsi barədə razılığa gəldi

"Ölkələrimiz arasında daşımaların həcminin artdığını nəzərə alaraq, biz Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi ilə bağlı razılığa gəldik".

Missiya.Az "NEWSam"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianla görüşündən sonra deyib. 

Paşinyanın sözlərinə görə, ən mühüm layihə olan Ermənistandan İrana üçüncü elektrik ötürücü xəttini də İran Prezidenti ilə də müzakirə edib:

“Üçüncü elektrik verilişi xəttinin istifadəyə verilməsi sayəsində Ermənistan İrana elektrik enerjisi tədarükünü artıra biləcək”, - Ermənistanın Baş naziri qeyd edib. 

Həmçinin Paşinyan bildirib ki, Ermənistan İranla ticarətin həcmini əvvəlcə 1 milyard dollara, sonra isə 3 milyard dollara çatdırmağı qarşısına strateji məqsəd qoyub. Fəal siyasi dialoqa paralel olaraq İranla əməkdaşlıq iqtisadiyyat, infrastruktur, enerji, səhiyyə, mədəniyyət və ətraf mühitin mühafizəsi kimi bir çox digər sahələri əhatə edir:

"Onların hər birində biz ildən-ilə özümüz üçün yeni üfüqlər kəşf edirik. Ermənistanla İran arasında mövcud olan bir sıra infrastruktur layihələri artıq praktiki mərhələyə qədəm qoyub və bu layihələr Ermənistan üçün strateji əhəmiyyət kəsb edir", - Baş nazir əlavə edib. 

Baş nazirin sözlərinə görə, bu strateji əhəmiyyətə malik layihələrdən biri də Ermənistan tərəfinin tikintisini İran şirkətinə həvalə etdiyi 32 km-lik Kacaran-Agarak yoludur: "Əminəm ki, 32 kilometrlik yol müəyyən olunmuş müddətdə istifadəyə veriləcək və dövlətlərimizin daha bir uğurunu qeyd etmək imkanı əldə edəcəyik.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr