AZ

Futzal: Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq

Bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) növbəti iclası keçirilib, iclasda 2025/2026-cı illər mövsümünə hazırlıq müzakirə olunub.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, yığıncaqda Azərbaycan çempionatlarının (Yüksək Liqa və Birinci Liqa) növbəti mövsümündə iştirak edəcək komandaların siyahısı da dəqiqləşdirilib.

Beləliklə, yeni mövsümdə Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. Birinci Liqada isə komandalar bir dövrə ərzində üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində güclərini sınayacaqlar.

Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.

Yüksək Liqa
Araz-Naxçıvan
Neftçi İK
Baku Fire
Şuşa MFK
U-19
Lənkəran

Birinci Liqa
PFL
Baku Fire-2
Xan-Lənkəran-2
Star Kargo
Timsport
Atletiko Baku
Trabzon-Azərbaycan
Ulduz
Dəstə Ordubad
Yeni Suraxanı

Seçilən
72
3
arena.az

4Mənbələr