Lənkəranda yeniyetmə süni göldə boğularaq həyatını itirib.
BAKU.WS-in məlumatına görə, 2007-cı il təvəllüdlü Tohid Ələsgərov səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində dünyasını dəyişib.
Bildirilir ki, yeniyetmə sahələri suvarmaq üçün süni gölün ərazisində gəzərkən ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb.
Dünyasını dəyişən şəxsin meyidi aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.