Podqoritsa, 19 avqust, AZƏRTAC
Monteneqronun Budva şəhərinin yaxınlığında da meşə yanğınları başlayıb.
AZƏRTAC xəbər verir ki, Brayiçi və Troyka bölgələrindəki yanğınların söndürülməsinə mülki müdafiə qüvvələri və helikopterlər cəlb olunub.
Qeyd edək ki, Monteneqronun bir sıra ərazilərini meşə yanğınları bürüyüb. “İma Ljudi” Fondu ölkə ərazisində baş verən yanğınlardan zərər çəkənlərə yardım göstərmək üçün humanitar kampaniyaya start verib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa