AZ

Hərracda 55 nəqliyyat vasitəsi satılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 55 nəqliyyat vasitəsi satılıb.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraclara çıxarılan 78 əmlaka ümumilikdə 140 sifariş qəbul edilib. Bunlardan 57-si onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 2000 manat olan “Mercedes Benz S420” markalı avtomobil 6800 manata, 4500 manat olan “Ford Transit” markalı avtomobil isə 8500 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində avqustun 26-da keçiriləcək növbəti hərraca nəqliyyat vasitələri çıxarılıb.

Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından seçim edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
5
azertag.az

6Mənbələr