AZ

Makron: Putin-Zelenski görüşü Türkiyədə keçirilə bilər

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni təklif edib. 

Ölkə.Az xəbər verir ki, Makron bunu TF1-ə müsahibəsində deyib.

Fransa lideri 2019-cu il olduğu kimi Putinlə Zelenskinin Parisdə görüşünün keçirilməsi ehtimalını istisna edib. O qeyd edib ki, vəziyyət “başqa mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır.

"İsveçrə mümkündür, Cenevrəni dəstəkləyirəm. Yaxud başqa ölkə də ola bilər. Sonuncu dəfə ikitərəfli məsləhətləşmələr Türkiyədə - İstanbulda olub", - Makron qeyd edib.

Makron əlavə edib ki, Tramp, Zelenski və Avropa liderləri arasında Vaşinqtonda keçirilən görüşdə Rusiya ilə Ukrayna arasında yüksək səviyyəli ikitərəfli təmasların keçirilməsi imkanları müzakirə edilib: "Bunun ardınca ABŞ-ın iştirakı ilə üçtərəfli görüş və daha geniş ölkələrin iştirakı ilə çoxtərəfli görüş keçirilməlidir", - o vurğulayıb.

Mürtəza

Seçilən
31
25
olke.az

10Mənbələr